Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Günəmuzd işləyənlər başına haranın daşını salsın?!”

1 206
Paylaş:
“Günəmuzd işləyənlər başına haranın daşını salsın?!”

Hökumət biznesə nədən acımasız yanaşır?! Deyim də, müəllimlər belə düşünür: O restoran, kafe, Şadlıq Evi, paltar dükanı kimindir - hə, bizimkilərin, polis rəisinin, icrabaşın, nazir müavininin, prokurorun, aparatın sektor müdirinin - vəssalam da, canları çıxsın öz cibindən ziyanı qarşılasınlar. Bizdə bəyəm müstəqil, azad biznes var ki, onların da qeydinə qalaq?!

Ey qərar verən qalstuklu müəllimlər - öz aranızda kimə nə cəza kəsirsiz özünüz bilərsiniz, bəs bu yazıq millət nə olsun?! Kafedə işləyən ofisiant, restoranda çalışan aşbaz, paltar dükanındakı satıcı nə etsin?! Günəmuzd işləyənlər başına haranın daşını salsın?! Yaxşı, kiçik sahibkar nə etsin?! Sizin bütün zülmünüzə rəğmən öz işini quran biznesmen bu işin içindən necə çıxsın?!

Ağıllı, özünə hörmət edən hökumət nəyisə qadağan edirsə, onun bədəlini də ödəyir - bu qızıl qanundur. Xub, camaata hörmət etmirsiz, bunu bildik, heç olmasa özünüzə hörmət qoyun. Nə isə...

Natiq Cəfərli

İqtisadçı

Paylaş:

Ən son xəbərlər