Aldığımız qidaları yeməzdən əvvəl yumaq onların təmizlənməsini təmin etsə də, bu qayda hər qida üçün keçərli deyil. Bəzi qidaları istifadə etməzdən əvvəl yumaq olmaz. BAKU.WS xarici mediaya istinadən həmin qidaları təqdim edir.
Yumurta: Yumurta qabığında bakteriyaların içəri girməsini əngəlləyən qoruyucu bir təbəqə var. Yumurtanın yuyulması bu qoruyucu təbəqəyə zərər verir və bakteriyaların çoxalmasına səbəb ola bilər. Bu bakteriyalar yumurtaya daxil olaraq sağlamlığımıza zərər verə bilər.
Göbələk: Göbələklər süngərəbənzər bir quruluşa malikdir və suyu asanlıqla özlərinə çəkirlər. Göbələyin yuyulması onun içində su toplamasına və bişirilərkən dadının dəyişməsinə yol açır. Həmçinin su ilə birlikdə bakteriyaların da göbələyin iç quruluşuna daxil olmasına səbəb ola bilərsiniz. Buna görə göbələkləri yumaq tövsiyə edilmir.