Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Kamran Əliyevdən kadr təyinatları

1 006
Paylaş:
Kamran Əliyevdən kadr təyinatları

Bakının daha iki rayonuna yeni prokuror təyin olunub.

Pravda.az-ın xəbərinə görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsi rəisi Rəşid Mahmudov tutduğu vəzifədən azad olunaraq Suraxanı rayon prokuroru vəzifəsinə təyin edilib.

Bundan başqa Qax rayon prokuroru Hidayət Nurəlibəyovu tutduğu vəzifədən azad edilərək Nərimanov rayonun prokuroru vəzifəsinə təyinat alıb.APA

Paylaş:

Ən son xəbərlər