Lənkəran sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.
Lənkəranın Zövlə kənd sakini 1964-cü il təvəllüdlü Rövşən Qələmirzə oğlu Tarverdiyev odlu silahdan açılan atəşlə ağır vəziyyətdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin güllə yarası diaqnozu qoyulub və əməliyyata götürülüb.