“Elçin, sənin müsahibəni gördük. Hətta sosial şəbəkələrdə də yayılmışdı. Ata-ananın yoxluğundan danışmışdılar. Rəhmətə getdiklərini demişdin. Xatırlayıram ki, mən o vaxt sənə zəng elədim, dedim ki, sən bu qədər bəstələri boş-boşuna yazmamısan”.
Bu sözləri Zaur Nəbioğlu aparıcısı olduğu “Rəngarəng” verilişində qonaq olan müğənni Elçin Məhərrəmova deyib. İfaçı aparıcının suallarını cavablandırmaq istəməyib. Zaur Nəbioğlu isə israrla onun atasının həyatda olduğunu bildirərək, suallarını cavablandırmasını istəyib.