Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

"Olcay Yapi Malzemeleri"nə yazılan protokola baxılacaq tarix açıqlandı

757
Paylaş:
"Olcay Yapi Malzemeleri"nə yazılan protokola baxılacaq tarix açıqlandı

"Olcay Yapi Malzemeleri" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

Pravda.az-ın xəbərinə görə, sənədə Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə noyabrın 22-də baxılacaq.

Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

Xəyal Quliyev

Paylaş:

Ən son xəbərlər