Mənfi düşüncəni iyirmi birinci əsrin əsl bəlası adlandırmaq olar. Lent.az psixoloqların mənfiliklərin öhdəsindən gəlməyə kömək edəcək 3 effektiv texnikasını təqdim edir:
Düşüncəni dayandırma texnikası
"Nirvana" sözünün mənası haqqında heç düşünmüsünüzmü? Bir çox insan bunun ən yüksək xoşbəxtlik mərhələsi olduğuna inanır. Tibet yogilərində bu vəziyyətin dəqiq tərifi var: düşüncələrin tam olmaması.
Beynimizdə daim gəzən bir çox fikir var və onları düşünməyi dayandırmaq çox çətin ola bilər. Lakin bunun qarşısını alacaq bir üsul var. Nəfəsinizi tutun və 1-3 saniyə başınızı “boş” (fikirsiz) saxlamağa çalışın. Buna cəhd etdikdən sonra neqativ düşüncələrin sizi tərk etdiyini hiss edəcəksiniz.