Meyxanaçı Namiq Qaraçuxurlu hazırda səhhətində ciddi problem olan meyxanaçı Xəyyam Əhmədlinin ziyarətinə gedib. Pravda.az Axşam.az-a istinadla xəbər verir ki, Namiq həmkarının sağalması üçün maddi yardıma ehtiyac olduğunu bildirib. O, Xəyyamın görüntülərini paylaşaraq, onun üçün yardım istəyib:
"Bir çox mahnıların müəllifi Xəyyamdır. Xəyyamla bağlı paylaşım etdim, dostlar dəstək oldu. Amma daha çox dəstəyə ehtyacımız var. Kart nömrəsi qoyacağam, imkanı çatanlar yardım etsin".