Berlin Endokrinologiya Klinikasının alimləri müəyyən ediblər ki, günorta yeməyindən sonra 15-20 dəqiqəlik yuxu qan şəkərini sadəcə passiv istirahətdən daha yaxşı azaldır. BAKU.WS xəbər verir ki, bu barədə tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub.
İsveçrə Yuxu İnstitutu mütəxəssisləri ilə birgə aparılan araşdırmada ikinci tip diabet xəstəsi olan 1200 nəfər iştirak edib. Eksperiment çərçivəsində könüllülər iki qrupa bölünüb. Birinci qrupa günorta yeməyindən sonra uzanaraq və ya oturaraq 15-20 dəqiqə istirahət etmək tapşırılıb, ikinci qrupa isə yatmağa çalışmaq məsləhət görülüb.