Düzgün dəri qulluğu nəzərə alınmalı olan bir çox incəlikləri əhatə edir. Bu məsələdə bir çox məşhur, lakin yanlış inanclar var. Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı kosmetoloq və trixoloq Anastasiya Kostenko xəbərdarlıq edib.
O, dəri qulluğu haqqında əsas mifləri təkzib edib.
Birinci mif - yağlı və problemli dəri nəmləndirilməyə ehtiyac duymur
"Dəri baryerini qorumaq üçün hər növ dəri nəmləndirilməyə ehtiyac duyur. Təmizləyici vasitələr çox vaxt su-lipid təbəqəsini (piy ifrazatı, yağlar, təbii nəmləndirici faktorlar) yuyur və bunun nəticəsində dəri kifayət qədər nəmlənmir. Bu fonda daha çox dəri yağı istehsal olunur ki, bu da yağlı parıltını artırır və səpkilərin yaranmasına səbəb olur. Bu tip dəri üçün yüngül qeyri-komedogen matlaşdırıcı vasitələr seçin", - deyə həkim şərh edib.
İkinci mif - SPF tərkibli vasitələr yalnız günəşli günlərdə istifadə edilməlidir
"UVA şüaları (ultrabənövşəyi şüalanmanın uzun dalğaları) buludlardan keçir və dərinizə hiss olunmadan təsir edir. Onlar dərin dermaya nüfuz edir, kollagen və elastin liflərini zədələyir, nəticədə dəri elastikliyini itirir, qırışlar əmələ gəlir. UVA şüaları, həmçinin piqment ləkələrinin yaranmasına səbəb olur. Buna görə də SPF tərkibli vasitələr təkcə günəşli günlərdə istifadə edilməməlidir", - deyə kosmetoloq bildirib.
Üçüncü mif - bütün günü ofisdə olan insana SPF tərkibli vasitələr istifadə etməyə ehtiyac yoxdur
"İş yeriniz pəncərənin yanındadırsa, günəş şüalarının təsirinə məruz qalırsınız. Həmçinin son tədqiqatlar göstərib ki, kompüter, smartfon və televizor ekranından yayılan mavi işıq piqment ləkələrinin yaranmasına səbəb olur. Buna görə də ultrabənövşəyi və mavi işığın zərərli təsirindən qorunmaq istəyirsinizsə, SPF tərkibli krem istifadə etməlisiniz", - deyə mütəxəssis qeyd etdi.
Dördüncü mif - təbii kosmetik vasitələr daha təhlükəsizdir