AFFA "Mingəçevir" komandasının məşqçisi Namiq İbrahimlini sərt şəkildə cəzalandırıb.
Bununla bağlı İntizam Komitəsinin bugünkü iclasında qərar qəbul edilib.
Qərarda qeyd edilir ki, N.İbrahimli 1-ci Liqanın 8-ci turunda "Bakı Sportinq"lə oyununun 72-ci dəqiqəsində ikinci sarı vərəqədan qırmızı vərəqə alıb, daha sonra hakimləri təhqir və təhdid edb. Buna görə də İntizam Komitəsi məşqçini 5 oyunluq cəzalandırıb.