İkisi təqaüdçü olmaqla dörd nəfəri piramida şəbəkəsinə cəlb edən "Defanti Team" MMC-nin filial müdiri həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Fikrət Şakir oğlu Talıbov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Fikrət Talıbov müştərilərə söz verib ki, ona verəcəkləri pulu şirkət vasitəsilə Rusiyada yerləşən restoranlara investisiya olaraq qoyacaq. Oradan gələn gəlirdən isə həm müştəri, həm də şirkət hər ay pul qazanacaq.