Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Sərhədlər bir tarixədək açılmayacaq – Operativ Qərargah məlumat yaydı

1 137
Paylaş:
Sərhədlər bir tarixədək açılmayacaq –      Operativ Qərargah məlumat yaydı

Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 avqust 2020-ci il tarixinədək uzadılır.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pravda.az-a verilən xəbərə görə, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində dövlət sərhədində giriş-çıxışa müvəqqəti olaraq tətbiq edilən məhdudiyyətin və beynəlxalq uçuşların təxirə salınma müddəti artırılıb.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları, çarter reysləri və xüsusi reyslər istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 avqust 2020-ci il tarixədək uzadılıb.

Paylaş:

Ən son xəbərlər