ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın instaqram hesabı bloklanıb. Axşam.az xəbər verir ki, bu barədə o özü feysbuk səhifəsində paylaşım edib.
Saxta həkimlərlə bağlı paylaşmına görə səhifəsi bağlandı
Jurnalist bildirib ki, Azərbaycan səhiyyəsindəki problemlərlə bağlı paylaşım etdiyi üçün hesabına hücum olub. Bu səbəbdən paylaşımlarını müvəqqəti olaraq feysbuk üzərindən edəcək.
Qeyd edək ki, Q.Ataşova bir müddət öncə öz instaqram hesabında 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham etmişdi.