“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma
sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların
minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin
sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə,
Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron
rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan
5 iyul saat 06:00-dək aşağıdakı məhdudiyyətlər tətbiq edilsin:
1.1. Aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyət
dayandırılsın:
1.1.1. nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla,
iri ticarət mərkəzlərinin fəaliyyəti;
1.1.2. ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;
1.1.3. muzey və sərgi zallarının fəaliyyəti;
1.1.4. bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və
kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və
ya digər məkanda xidmət);
2
1.1.5. təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan,
müsabiqə və müsahibələr istisna olmaqla);
1.1.6. açıq havada idman yarışlarının və oyunlarının
keçirilməsi.
1.2. Aşağıdakı şəxslərin xidməti vəsiqələri əsasında hərəkət
etmələrinə yol verilir:
1.2.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin,
Azərbaycan Respublikası Tibb Xidmətinin, Azərbaycan Respublikası
Nazirlər Kabineti Aparatının və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin İşlər İdarəsinin əməkdaşları;
1.2.2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və
Aparatının əməkdaşları;
1.2.3. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri
və onların müavinləri;
1.2.4. dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən
dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların
müavinləri;
1.2.5. hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə
tutulmuş orqanların əməkdaşları, vəkillər;
1.2.6. Azərbaycan Respublikasında akkreditasiya olunmuş
diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları
və onların yerli heyəti (Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).
1.3. Bu Qərarın 1.2-ci bəndində qeyd olunanlar istisna
olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının,
“ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri”
Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbəkönüllülərinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində
nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin
əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam
etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və
texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan
əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən
tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə
“icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.
1.4. Kənd təsərrüfatı məhsullarının toplanması, habelə növbəli
suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidməti
3
sahələrində fəaliyyət göstərən hüquqi şəxslərin əməkdaşları barədə
məlumatlar işəgötürən tərəfindən, həmin sahələrdə fəaliyyət
göstərən fiziki şəxslərin hərəkətinə isə onlar barəsində məlumatlar
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və ya olduğu
yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəlikləri
tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə
“icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.
1.5. Bu Qərarın 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərində göstərilən
şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri
tərk etmələrinə aşağıdakı hallarda yol verilir:
1.5.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə
müalicə almaqla əlaqədar;
1.5.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə
dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və
fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət
sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti
ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar;
1.5.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar.
1.6. Bu Qərarın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində göstərilən
şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq
məqsədilə 8103 nömrəsinə SMS - məlumat göndərməlidirlər (SMS –
məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki
indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir:
1.6.1. 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik
üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk
etmək üçün (icazə rayon və şəhər daxilində 2 (iki) saat müddətinə
verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu
ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə
prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim