Səhiyə Nazirliyinin Həsən bəy Zərdabi 96 ünvanında yerləşən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin binasının üzərindən Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” sözlərinin əks olunduğu lövhənin təmirdən sonra bərpa edilməməsi müzakirələrə səbəb olub.
Pravda.az-ın məlumatına görə, narazılıq edənlər sözügedən binanın tam şüşələnməsi, tarixi görkəmindən əsər-əlamət qalmamasını da tənqid ediblər.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Tikilməkdə olan Müəssisələrin müdiriyyətindən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bina müasir üslubda əsaslı təmir edilib.