Gədəbəydə vətəndaşlardan pul alaraq onlara pensiya, sosial yardım düzəldəcəyini deyən şəxs həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 1973-cü il təvəllüdlü Rafiq Aslanova (soyad şərti) Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, Bərdə rayonunun Şatırlı kəndində qeydiyyatda olan Rafiq Gədəbəydə insanların inamından sui-istifadə edərək, onlara sosial yardım, pensiya düzəldəcəyini deyib və bunun müqavilində çox sayda rayon sakinindən müxtəlif məbləğlərdə ((6 min, 5 min 500, 3 min, 5 min) pul alıb. Rafiq cinayət əməlini 2021-ci ilin aprel ayından 2023-cü ilin avqust ayınadək davam etdirib.
Rafiqi zərərçəkmiş şəxslərlə Gədəbəy rayon Mərkəzi Xətəxanasında nevropotoloq işləyən Bayram adlı həkim tanış edib. Təqsirləndirilən şəxs əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin göstərişi ilə Gədəbəydə kasıblara kömək etmək üçün göndərildiyini deyib.