2 nömrəli klinik psixiatriya xəstəxanasının direktoru İlqar Əfəndiyev vəzifəsindən azad edilib.


Pravda.az "Unikal"a istinadən məlumat verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.


Nazirin digər əmri ilə Leyla Bəşirova 2 nömrəli klinik psixiatriya xəstəxanasının direktoru vəzifəsinə təyin edilib.