“Vəzifəsindən, mövqeyindən asılı olmayaraq hər kəs qanunlarımıza hörmətlə yanaşmalı, qaydalara əməl etməlidir. Bu, dövlətin inkişafı, həm də insanların rahatlığı üçün çox vacibdir. Metro stansiyalarında, keçidlərdə mağazaların fəaliyyət göstərməsini məqbul hesab etmirəm. Çünki hər gün metroya yüz minlərlə insan gediş-gəliş edir. Onların təhlükəsizliyinin təmin olunması, rahat hərəkətin nizamlanması həm məsuliyyət, həm də vətəndaşlıq borcu tələb edir. Buna görə də “20 Yanvar” metrostansiyasının keçidlərindən mağazaların, ticarət köşklərinin yığışdırılması məqsədəuyğundur”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.