Şirvan şəhərində ictimai yerdə dava-dalaş salmış qadınlar həbs ediliblər. "Qafqazinfo" xəbər verir ki, Şirvan Şəhər Məhkəməsinin hökmü ilə şəhər sakini 1962-ci il təvəllüdlü Solmaz Məmmədova və qızı 1986-cı il təvəllüdlü Zərifə Məmmədova (şərti ad-soyadlar) xuliqanlıq əməlində təqsirli biliniblər.
S.Məmmədovaya 2 il, qızına isə 2 il 6 ay həbs cəzası verilib. Onlar məhkəmə zalında həbs ediliblər.
Bildirilib ki, Z.Məmmədova bir müddət əvvəl 15 yaşlı qızı Şəbnəmin (şərti) Cavid adlı şəxslə intim münasibətdə olmasını öyrənib. Onlar məsələ ilə bağlı polisə müraciət ediblər və araşdırmalara başlanılıb, həmçinin Cavid adlı şəxs tutulub.