Goranboyda bıçaqlanma hadisəsi baş verib. Nərimanlı kəndi ərazisində baş verən hadisə zamanı Lerik sakini 1990-cı il təvəllüdlü Samir İbrahimov Balakürd kənd sakini 1990-cı il təvəllüdlü Gözəl Fərəcovanı bıçaqlayıb.
Məlumata görə, S.İbrahimovla G.Fərəcova qeyri-rəsmi ər-arvad münasibətlərində olublar.
Şəxsi münasibətlər zəminində baş verən hadisə zamanı S.İbrahimov qadının bel nahiyəsinə 2 bıçaq zərbəsi vurub.