Binəqədi rayonunda arvadını qətlə yetirən Rəşad Quliyev 1 il azadlıqdan məhrum edilib. Pravda.az qafqazinfo-ya istinadən xəbər verir ki, ekspert rəyləri ilə Rəşadın cinayəti anlaqsız vəziyyətdə törətdiyi sübut edilib.
Təqsirləndirilən şəxsin anket məlumatlarından görünür ki, o, tam ali təhsillidir. Bu hadisəyə kimi "Embawood" şirkətində planlaşdırma şöbəsinin rəisi işləyib. Rəşad 12 il əvvəl Aygül Quliyeva ilə ailə həyatı qurub. Bu evlilikdən onların iki övladı var. Ailənin maddi vəziyyəti yaxşı olub.
Ər-arvad arasındakı mübahisəyə səbəb isə qısqanclıq və bəzi xoşagəlməz hərəkətlər olub. Rəşad ifadəsində deyib ki, Aygül tez-tez onu təhqir edib, sonuncu dəfə hətta onunla yaşamaqdan iyrəndiyini deyib.