Xına mərasimləri xalqımızın adətləri arasında özünəməxsus yer tutur. Müasir dövrdə xanımların bir çoxu bu mərasimi təntənəli, yaddaqalan şəkildə keçirmək istəyir. Bununla da xına mərasimlərinin xərci də toy qiymətləri ilə eyni çıxır.
Administrator Rəşad Abdullayevin sözlərinə görə, xına mərasimlərində yerlərin qiyməti 50-150 manat arasında dəyişir: "Həftənin şənbə və bazar günlərində qiymətlər nisbətən baha olur, endirimlər edilmir".