Bakıdakı məşhur "Buta Palace" sarayında toyu olmuş bəy-gəlin boşanıb.
Pravda.az Sfera.Az-a istinadən xəbər verir ki, boşanma haqda xəbəri vəkil İsrafil Əlili ictimailəşdirib. O bildirib ki, ər-arvadın birgə yaşayışı cəmi 1 ay sürüb. Onların "Buta Palace"dakı toyu ötən ay olmuşdu.
İsrafil Əlili boşanma zamanı tərəflərdən birinin vəkil olub.
Məsələnin əsas maraq doğuran tərəfi 1 ay öncə baş tutan dəbdəbəli toy mərasiminə külli miqdarda pulun xərclənməsidir.
Vəkilin sözlərinə görə, sözügedən bəy-gəlinin "Buta Palace"dakı toyunda təkcə zalın bəzədilməsinə 100 min manatdan çox xərc çəkilmişdi.
"Toyda iştirak edən müğənnilərə verilmiş pullara Yeni Yasamalda 2 otaqlı təmirli mənzil almaq olardı. Toy maşını üçün 3-4 saatlıq icarə haqqı bir vəkilin 3-4 ay davam edən boşanma üçün aldığı xidmət haqqından daha çox idi. Gəlini məşhur stilist Anar Ağakişiyev bəzəmişdi. Ona da 4 rəqəmli pul vermişdilər. Di gəl ki, ən sonda tərəflər arasında bazar dəyəri 2 min manat dəyərində olan "iPhone" telefonunun davası gedirdi. Bu işdə insanlıq naminə məni çox üzən mənzərələrə şahidlik etsəm də, nəticədə bir müsbət hal yaşandı. Toyu "Buta Palace"da olmuş şəxsin verdiyi qonorarla özümə növbəti butalı qalstukumu aldım", - deyə İ.Əlili boşanma hadisəsi haqda deyib.