Azərbaycan prezidenti İlham Əliyev həmişə olduğu kimi yenə işğalçı dövlətin baş naziri Nikol Paşinyanı yerində otuzdurdu. Cənab prezident məşhur Münhen Təhlükəsizlik Konfransında Paşinyanın və Ermənistanın illərdir yürütdüyü işğalçı siyasəti rəqəmlərlə və faktlarla ifşa etmişdi. Azərbaycan prezidentinin Ermənistanda fazişmin təbliğatıyla bağlı sadaladıqları faktlara da Paşinyan tutarlı cavab verə bilmədi. Paşinyanın bu dəfəki təxribat cəhdi də uğursuzluğa düçar oldu.
İyunun 18-də Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrin videokonfrans formatında keçirilən sammitində Nikol Paşinyan mövzudan kənarlaşaraq azərbaycanlı zabit Ramil Səfərovun erməni zabitini öldürməsi məsələsini qaldırdı. Paşinyan və digər erməni rəsmilər ilk dəfə deyil ki, bu mövzunu ortaya atır və beynəlxalq təşkilatlardan dəstək almağa – 15 il əvvəl baş vermiş hadisəni qınamağa çağırırlar. Paşinyana və digərlərinə Ramil Səfərovun erməni zabitini nəyə görə cəzalandırdığı dəfələrlə izah olunub. Azərbaycan zabiti bayrağımızı aşağlayan işğalçı ölkənin hərbçisinə seyrçimi qalmalıydı?
Paşinyanın ara qarışdırmaq planı yenə alınmadı. Azərbaycan prezidenti Paşinyana ölkəsinin yaxın keçmişini bu sözlərlə xatırlatdı: “Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar”. Azərbaycan Prezidenti sözləri onu əlavə etdi ki, Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Dövlət başçısı bu faktı Paşinyana xatırlatdıqdan sonra mövzuya bu cümlə ilə yekun vurdu: “Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim”.