Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Azərbaycanda yüksək vəzifəli şəxs etiraf etdi: “Port-Baku”da mənzilim var

2 804
Paylaş:
Azərbaycanda yüksək vəzifəli şəxs etiraf etdi:     “Port-Baku”da mənzilim var

Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev “Korrupsiya Ali Attestasiya Komissiyasını da “yeyir” – FAMİL MUSTAFAYEV PROFESSORA 20 MANAT QONORAR YAZIB” başlıqı yazıya münasibət bildirib.

Famil Mustafayev Ali Attestasiya Komissiyasının Ekspertlət Şurasının üzvlərinin elmi ad almaq üçün yazılan elmi işlərə rəy yazan alimlərə 20 manat qonorar yazılmasını belə izah edib: “Burada söhbət bir saat üçün nəzərdə tutulan qiymətdən gedir. Əgər bir nəfər ayda 1 saat gəlibsə, bu qədər yazılır. Burada vergi, sosial müdafiə və kart xərcləri də var. Ekspert Şurasının üzvlərindən eləsi olub ki, 300 manat alıb”.

Famil Mustafayev “Port-Baku”da mənzil sahibi olması barədə yazdıqlarımızı isə təsdiqləyib: “Bəli, mənim “Port-Baku”da mənzilim var və orada yaşayıram. Amma oğlumun “Bentley” maşını yoxdur”.

Sonda onu da qeyd edək ki, yazıda adıçəkilən professor Məsud Mahmudov Ekspertlər Şurasında ictimai əsaslarla çalışdığını iddia edib.Gününsəsi

Paylaş:

Ən son xəbərlər