"Şərur" Mənzil-Tikinti-Kooperativini (Şərur MTK) məhkəməyə verilib.
Pravda.az modern.az-a istinadla xəbər verir ki, buna səbəb kooperativin öhdəliyində olan mənzili təhvil verməməsi olub. Belə ki, əvvəlcə "Şərur MTK" Sevda Vəliyeva adlı vətəndaşın lazımi ödənişi etməməsi səbəbi ilə məhkəməyə müraciət edib. Bundan sonra Sevda Vəliyeva ödənişi tam etsə də, mənzil ona təhvil verilməyib.