“Mən sosial formatda olan verilişlərə insanlara kömək olmaq üçün gedirdim. Çıxmırdım ki, orada kimlərinsə geybətini edim, arxasıyca danışım, qırığın salım və bu yolla gündəmə gəlim. Mən ümumiyyətlə belə şeyləri qəbul edən insan deyiləm”.
Bu sözləri Əməkdar artist Rəhman Rəhmanov “YouTube”da yayımlanan “Künc-Bucaq” layihəsində deyib.
O bildirib ki, aparıcılar sənətkarları efirə çağırıb, şəxsi həyatı ilə bağlı verilən suallarla tamaşaçıların gözündən salmağa çalışırlar: