Bakıda qadınları təqib edərək onlara qarşı xuliqanlıq hərəkətləri etmiş şəxsin kimliyi müəyyənləşib. Publika.az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin həyata keçirdiyi tədbirlərlə qadınları təqib edərək onların narahatlığına səbəb olmuş şəxsin Astara rayonu Hamuşam kənd sakini, 2001-ci il təvəllüdlü Vurğun Seyfullazadə olması müəyyən edilib.
Binə qəsəbəsi Südçülük sovxozu massivində yaşayan iki qadın Vurğunun əməlləri barədə polisə şikayət edib. Onlar qeyd ediblər ki, Vurğun yaxınlaşaraq əxlaqsız sözlər deyir və evlərinin qapısına kimi gələrək xuliqanlıq edir.