"Allah yoluna xoşbəxtlikdən gələni görmədim". Bunu Baku TV-də yayımlanan "Qapqara" verilişində müğənni Çingiz Mustafayev deyib.
O bildirib ki, böyük bir travma insanı axtarış yoluna gətirir:
"Düşünürəm ki, əksər hallarda insanlarda belə olur. Bu düşüncə məndə Balidən sonra təsdiqini tapdı. Çünki ora gələn insanların 80-90 faizi travmalıdır. İnsan dünyaya xoşbəxt olmaq üçün gələ bilməz. İlk növbədə xoşbəxtliyin nə olduğunu anlamaq lazımdır. Mənə görə şükür hissi Yaradan ilə yeganə danışıq üslubudur".