Yapon alimləri ən ciddi beyin xəstəliklərindən olan Alsheymerin aşkarlanması üçün diaqnostikada kömək olan 3 sualı təyin ediblər.
Pravda.az “Medicina”ya istinadən xəbər verir ki, koqnitiv düşüyün başlandığını xəstəyə bu sualları verməklə təxmin etmək olar:
1. İnsan səbəbsiz təşviş və narahatlıq keçirirmi?
2. Sonuncu dəfə nəyə sevinib?
3. Hansı xəbərlər onun diqqətini cəlb edir?
Bu metod 107 xəstə və 47 sağlam könüllü üzərində sınanıb.