Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

Evli kişi qız qaçırdı, baqajdan ölü tapıldı - Azərbaycanda dəhşətli hadisə

Yevlaxda qız qaçıran şəxs avtomobilin baqajında ölü tapılıb.

 

Evli olan, 1988-ci il təvəllüdlü Azər Quliyev sevgi münasibətində olduğu 1996-cı il təvəllüdlü N.Ş-ı (ad, soyad şərtidir) qaçırıb.

 

Ötən gün qızın qardaşları bacılarının arxasınca Abşeron rayonu Qobu qəsəbəsinə gəliblər.

 

Onlar burada Azər Quliyevi döyərək xəsarətlər yetirib, daha sonra əl-ayağını iplə bağlayaraq avtomobilin baqajında Yevlax şəhərinə gətiriblər.

 

Yevlaxda Azər Quliyevi avtomobilin baqajından düşürən zaman onun öldüyü məlum olub.

 

Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədənlər saxlanılıb./Report

Tarix: 26 Noyabr 2024, 11:17   
Xəbər lenti
Çox oxunanlar