Məzmuna keç
Pravda.az — xəbər portalı
Sağlamlıq

TƏBİB: Koronavirusa ailədaxili yoluxma halları qeydə alınır

1 168
Paylaş:
TƏBİB: Koronavirusa ailədaxili yoluxma halları qeydə alınır

“Biz keçən dəfə qapanmalar etdik. Amma bizim “narıncı” zonada yaşayan vətəndaşlarımız “sarı” zonaya getdilər”.

Pravda.az-ın xəbərinə görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Təbii ki, istirahət etmək lazımdır. Amma virusun yayılması məsələsini nəzərə almalıyıq. Son günlər qeydə alınan yoluxma halları ailəiçi yoluxmalardır. Bir ailədə yaşayan nənə, baba və s. şəxslərdə yoluxma halları müşahidə olunur”, - o bildirib.

Paylaş:

Ən son xəbərlər