Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bir neçə ay əvvəl tutulan narkotacir HƏBSXANADA ÖLDÜ

572
Paylaş:
Bir neçə ay əvvəl tutulan narkotacir     HƏBSXANADA ÖLDÜ

Bakıda məhkum həbsdə ölüb. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Bu ilin iyul ayında həbs edilən Yəhyabala Xalıqov cəzaçəkmə müəssisəsində xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Yəhyabala Xalıqov narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinib. Cinayət aləmində narkobaron kimi tanınan Y.Xalıqovdan külli miqdarda heroin və metamfetamin aşkar edilib.

Davam etdirilən əməliyyat tədbirləri zamanı onun yaşadığı evdən isə əlavə olaraq heroin, metamfetamin, tiryək, marixuana və metadon həbləri aşkar olunaraq götürülüb.

Paylaş:

Ən son xəbərlər