Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

TƏBİB Gürcüstanda yoluxmanın sayının az olmasına münasibət: “Hər ölkənin öz təcrübəsi var”

1 432
Paylaş:
TƏBİB Gürcüstanda yoluxmanın sayının az olmasına münasibət:     “Hər ölkənin öz təcrübəsi var”

“Ölkəmiz müharibə vəziyyətində olduğu üçün çarpayı sayını açıqlamırıq”.

Pravda.az-ın xəbərinə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, çarpayı çox olsa da, hətta orta simptomlu xəstələrin müalicəsi ən azı iki həftə çəkir: “Hər gün 400-500 aktiv xəstəmiz olarsa, biz bunu nəzərə alaraq addım atırıq. Bu, öncədən düşünülüb və çarpayı sayı ilə bağlı problem yoxdur”.

Gürcüstanda yoluxmanın az olmasına gəlincə, TƏBİB-in şöbə müdiri qeyd edib ki, hər həftə müxtəlif ölkələrlə təcrübə mübadiləsi aparılır: “Elə qayda yoxdur ki, bir ölkədə qəbul edilsin, biz tətbiq etməyək. Burada əsas vətəndaş məsuliyyətidir. Eyni zamanda əhali sıxlığı məsələsini də nəzərə almaq lazımdır. Hər ölkənin öz təcrübəsi var”.

Paylaş:

Ən son xəbərlər