Bu ilin ilk 3 rübü ərzində Azərbaycana xarici ölkələrdən 45 ədəd heykəl gətirilib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricdən gətirilən heykəllərin bir ədədinin orta gömrük dəyəri 25 min 440 dollar (43 min 248 manat) olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə xaricdən Azərbaycana builkindən 3 dəfə az – 15 heykəl gətirilib və heykəlin bir ədədinin orta gömrük dəyəri 28 min 788 dollar (48 min 940 manat) olub.