Məlum olduğu kimi, İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı hərbi attaşe Qəhrəman Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Bakıya gətirilən polkovnik-leytenant istintaqa cəlb edilib və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
İlkin araşdırma sonrası ona qarşı Cinayət Məcəlləsinin 12.1 206.3.3 ( Azərbaycan Respublikasının ərazilərindən kənarda törədilməklə külli miqdarda qaçaqmalçılıq), 12.1 341.1 (Azərbaycan Respublikasının ərazilərindən kənarda törədilməklə vəzifə səlahiyyətlərini aşma) və digər maddələrlə ittiham irəli sürülüb.
