Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Hamımız COVID-19-a yoluxa bilərik, burada utanacaq bir şey yoxdur – TƏBİB

1 192
Paylaş:
Hamımız COVID-19-a yoluxa bilərik, burada utanacaq bir şey yoxdur –     TƏBİB

“Evdə yüksək hərarəti olan bəzi insanlar bunu gizlədirlər”.

Pravda.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, COVID-19 tənəffüs yolu xəstəliklərindən biridir: “Sadəcə, bu gün həmin xəstəliyi müalicə etmək üçün dərmanımız yoxdur. Biz hamımız buna yoluxa bilərik, burada utanacaq bir şey yoxdur”.

TƏBİB-in şöbə müdiri qeyd edib ki, hazırda müalicə olunmuş insanlara 21 gün işə çıxmamaq tövsiyə olunur: “Xalqımızın xəstələrə evdə baş çəkmək kimi ənənəsi var. Bu gözəl ənənəyə bir müddət son qoymaq lazımdır. Rayonlarımızın birində koronavirusa yoluxan xəstəyə yaxınları baş çəkdiyi üçün yoluxanlar da olub”.

Paylaş:

Ən son xəbərlər