Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində sabahdan başlayaraq iki həftə sərtləşdirilmiş xüsusi karantin rejimində fərdi nəqliyyat vasitələrinin hərəkətinə aydınlıq gətirilib.
Pravda.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, haqqında məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilən şəxslər sərtləşdirilmiş xüsusi karantin dövründə fərdi avtomobillərdən istifadə edə bilərlər.