İranda yeni tədris ilinin başlayacağı vaxt açıqlanıb.
Pravda.az xəbər verir ki, İranda yeni tədris ilinin başlayacağı vaxt açıqlanıb.
İran Prezidenti Həsən Ruhani COVID-19 pandemiyası ilə mübarizə komitəsində çıxışı zamanı bildirib ki, ölkədə yeni tədris ili sentyabrın 5-də başlayacaq.
Həsən Ruhani İran xalqının, tibb işçilərinin və bütün səlahiyyətli şəxslərin qarşıdakı 123 gündə virusa qarşı böyük bir kampaniya aparmalı olduqlarını deyib.