Məşhur görücü Nostradamusun proqnozları sosial media istifadəçiləri arasında maraq yaratmağa davam edir. 16-cı əsrin məşhur görücüsü Nostradamus öz misralarında 2025-ci ilin bəşəriyyət üçün böyük transformasiya ili olacağını bildirib.
Pravda.az news24.az-a istinadən xəbər verir ki, Nostradamusun bəzi dördlükləri dünyanı yandıran temperaturlara və ekstremal hava hadisələrinə aiddir.
"Günəşdən gələn işıq dünyanı yandıracaq" kimi açıqlamalar iqlim böhranının 2025-ci ildə pik həddə çatacağı iddialarını gücləndirir.
Alimlərin də bununla bağlı xəbərdarlıq etməsi kahinin proqnozlarını daha da qorxulu edir.
Digər diqqətçəkən proqnoz isə geosiyasi gərginliyin artması ilə bağlıdır.
Nostradamusun dördlüklərində şimal və cənub arasında qarşıdurmaların qeyd edilməsi resurs müharibələrinin gələcəyin ən böyük təhlükəsi ola biləcəyini göstərir.