Kirayədən canını qurtarıb, özünə ev tikdirmək istəyən aktyor Tahir İsmayılov 18 500 AZN-indən olub.
Bu barədə Real Tv-də videomaterial nümayiş olunub.
Tahir İsmayılov qeyd edib ki, Binəqədi rayonundan aldığı torpağa görə ona verilən rəsmi sənəddə 400 kvadratmetrin ona aid olduğu qeyd edilib. Lakin sonradan torpağın başqa adama satıldığı ortaya çıxıb.
Aktyor torpağı 18 500 AZN-ə Xəyal adlı şəxsdən alıb. Ona pulun hamısını ödədikdən sonra Binəqədi bələdiyyəsinə yaxınlaşaraq hüquqşünas Namiq Kazımovdan bu saxta torpaq sənədini alıb. Bundan sonra torpağın qanuni sahibi olan Tahir Həsənov aktyora etibarnamə verib ki, torpaqda tikinti aparsın.