Qardaş ölkə Türkiyədə tez-tez baş verən zəlzələ Azərbaycanda məsələni gündəmə gətirib. Belə ki, ictimaiyyət nə zamansa Bakı və bölgələrdə dağıntılara səbəb olacaq zəlzələnin baş verəcəyindən narahatdır.
Azərbaycanda güclü zəlzələ gözlənilirmi?
Pravda.az xəbər verir ki, Globalinfo.az-a danışan Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri, Yer elmləri üzrə elmlər doktoru dosent Qulam Babayev deyib ki, zəlzələlər öz tipinə görə hiss olunan, hiss olunmayan, güclü, dağıdıcı və katastrofik zəlzələlər kimi şəciyyələnirlər.
Seysmoloqun sözlərinə görə, digər bölgələrdəki kimi Azərbaycanda dağıdıcı zəlzələlər gözlənilmir:
“Çünki yer hərəkətinin intensivliyi, sürəti o bölgələrdəki kimi çox da aktiv deyil. Bu baxımdan da eyni zəlzələnin Bakı və ya Xəzər dənizində, digər bölgələrimizdə baş verməsi gözlənilmir. Amma 2024-25-ci ildə ölkəmizdə hiss olunan zəlzələlər olacaq. Buna səbəb isə qonşu ölkələrdə hiss olunan zəlzələlərin baş verməsidir. Azərbaycan ərazisinin onlardan kənar qalması mümkün deyil”.