İtalyan rəssam Maurisio Kattelanın “Divara yapışdırılmış banan” adlanan konseptual əsəri Nyu-Yorkda hərraca çıxarılaraq 6,2 milyon dollara satılıb.
Əsəri alan kriptovalyuta sahibkarı Castin Sun media nümayəndələrinin qarşısında bananı divardan qoparaq yeyib.