Xəbər verdiyimiz kimi, ötən gün Sabunçu rayonu, Maştağa qəsəbəsində qətl hadisəsi baş verib.
1978-ci il təvəllüdlü İlhamə Məmmədova öldülürüb.
Araşdırmalarla 1997-ci il təvəllüdlü Qasım Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək ögey anası İlhamə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib və Qasım Məmmədov şübhəli şəxs qismində tutulub.
Milli.Az-ın əldə etdiyi məlumata görə, Q.Məmmədovun atası bir müddət əvvəl vəfat edib. Bundan sonra İlhamə Məmmədova ərinin qardaşının himayəsində yaşayıb.

