BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rabitəbank” bu ailənin mənzilini əlindən alır

“Rabitəbank” 4 nəfərlik ailəni evindən çıxarmaq üçün məhkəməyə müraciət edib. Tribunainfo.az xəbər verir ki, bank Yusifzadə Günay Əli qızı, Rəhimova Günel Əli qızı, Tatıyev Vüsal Əli oğlu, Tatıyev Əli Teymurəli oğlu ilə bağlı iddia qaldırıb. İşin mahiyyəti mənzil mübahisəsidir. “Rabitəbank” cavabdeh ailənin yaşadığı mənzildən çıxarılmasını tələb edir.

 

Bankın qaldırdığı işlə bağlı prosesə Şirvan şəhər Məhkəməsində baxılır. 16 dekabr tarixində hakim Aydan Məmmədlinin sədrliyi ilə işə baxılacaq.

 

Qeyd edək ki, “Rabitəbank”ın Baş direktoru Seyran Nuriyev, müşahidə şurasının sədri Zakir Nuriyevdir. Bankın İdarə heyətinin sədri isə Elçin Qədimovdur.

Tarix: 29 Noyabr 2024, 21:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin