Noyabrın 28-i, axşam saatlarında Maştağa qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib. Oğul aralarında yaranmış mübahisə nəticəsində ögey anasını öldürüb.
Qohumlarının verdiyi məlumata görə, qətlə yetirilən qadın oğlanın bioloji anası olmasa da, ona uşaqlıqdan analıq edib və öz övladı kimi böyüdüb.
"Rəhmətə gedən qadın uşaqlıqdan ona analıq etmişdi, öz övladı kimi böyütmüşdü. Oğlanın əmisi onu himayəsinə götürmüşdü. Təəssüf ki, oğlanın pis vərdişləri var idi. Gəlin bir neçə gün idi ki, bizdə qalırdı, çünki oğlanın onu öldürəcəyindən qorxurdu. Axşam yoldaşı ilə evə qayıdanda əri əlini yumaq üçün hamama keçmişdi. Bu vaxt oğlan qəfildən əlində bıçaqla girərək, qadının şah damarına xəsarət yetirib. Qadın hadisə yerində keçinib" , - mərhumun qohumu bildirib.