Ermənistanda klanlar arasında hakimiyyət uğrunda amansız mübarizə gedir. Keçmiş hərbi cinayətkarlar və onlara yaxın dairələr hökumətə qarşı fəal aksiyalara başlayıblar. Ermənistan hakimiyyəti də tədricən xalq arasında nüfuzunu itirdiyi üçün qorxudan kəskin tədbirlərə əl atır. Paşinyan kamandası elan etdiyi demokratiya və demokratik dəyərləri unudaraq siyasi rəqiblərinə qarşı polis hücumlarına başlayıb, onlara cinayət işi açıb.Bununla da Ermənistanın mahiyyəti bir daha nümayiş etdirilib.
Bu fikirləri Azərbaycan parlamentinin deputatı, beynəlxalq məsələlər üzrə mütəxəssis Asim Mollazadə Ermənistanda son bir həftə ərzində baş verən hadisələr, ana müxalifət partiyasının Paşinyan hökumətini istefaya çağırması və keçirilən mitinqlər haqqında danışarkən deyib.