Sabirabad rayonunun iki sakini elektrik dirəyindən yıxılıb, biri ölüb, digəri isə ağır yaralanıb.
Hadisə Salyan və Biləsuvar rayonlarının kəsişdiyi ərazidə qeydə alınıb.
Məlumata görə, Sabirabad rayon sakinləri, 1989-cu il təvəllüdlü Manafov Novruz Yarməmməd oğlu və 1998-ci il təvəllüdlü Gülməmmədov Aqşin Gülağa oğlu elektrik xətlərini çəkərkən 15-20 metr hündürlükdə olan elektrik dirəyindən yıxılıb.