"Yaşamağa getməmişdim. Heç vaxt ağlımda olmayıb başqa ölkədə yaşamaq. Getdim, müəyyən səbəblərdən qayıtmağım uzandı".
Bu sözləri müğənni İlhamə Qasımova "Elgizlə izlə" verilişində deyib. Sənətçi uzun illər ABŞ-də yaşamasından danışıb. O bildirib ki, Amerikaya köçmə planı olmayıb, yaşadığı problemlərə görə məcbur orada qalıb.